Ağcabədidə qəza - Ölən və yaralananlar var
Ağcabədi rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.
TodayPress TV-nin məlumatına görə, qəza rayonun Hindarx qəsəbəsində qeydə alınıb.
Belə ki, Ağdam rayon sakini Gündüz Süleymanovun idarə etdiyi “VAZ-2107” markalı minik avtomobili hərəkətdə olarkən “KamAZ” markalı yük avtomobili ilə toqquşub.
Qəza nəticəsində sürücü Gündüz Süleymanov hadisə yerində həyatını itirib. Avtomobildə olan sərnişinlər — Aysel adlı qadın və Yalçın adlı şəxs ağır bədən xəsarətləri alıb.
Yaralılar təcili olaraq Ağdam Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.