2,1 min şəxs üçün kiçik təsərrüfatlar quruldu

2,1 min şəxs üçün kiçik təsərrüfatlar quruldu
02.08.2025 13:30 Sosial

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi tərəfindən özünüməşğulluq proqramı iştirakçılarının aktivlərlə təminatı davam etdirilir.

Bu barədə TodayPress TV-yə ƏƏSMN-dən məlumat verilib.

Son bir ayda paytaxt və regionlarda  2114 işsiz və işaxtaran şəxsə bu proqram çərçivəsində mal və materiallar formasında aktivlər verilərək onlar üçün kiçik təsərrüfatlar qurulub.

Proqrama cəlb olunan şəxslər üçün ilk mərhələdə təlimlər təşkil edilir, onlara kiçik biznesin təşkili və idarə olunması üzrə bilik və bacarıqlar öyrədilir.

Təlimləri uğurla bitirən proqram iştirakçıları sonda aktivlərlə təmin olunurlar.

XƏBƏR LENTİ
17 IYUL 2026
Bütün Xəbərlər