Ukrayna mübaribəsində dönüş olacaq? – İDDİA

Siyasət

30.05.2025 15:53

“ABŞ, Almaniya, Fransa və İngiltərənin Ukraynaya uzaqmənzilli silahlardan istifadə ilə bağlı məhdudiyyətləri aradan qaldırmaları savaşda yaxın zamanlarda ciddi dəyişikliklərin olacağına dəlalət etmir”.

Politoloq Oqtay Qasımov bunu TodayPress TV-yə danışarkən deyib.

Ekspert Ukraynanın bu silahlarla Rusiyanın daha dərinliklərinə zərbələr endirə biləcəyi ehtimalını istisna etməyib:

“Bu halda vəziyyət Rusiya üçün kifayət qədər ciddi problemə çevrilə bilər. Eyni zamanda Ukraynanın mövqeyi də güclənəcək. Əslində, məhdudiyyətlərin aradan qaldırılması bir növ Rusiyanı danışıqlar masasına oturmağa və atəşkəs rejiminə razılaşmağa məcbur etmək cəhdi kimi də qiymətləndirilə bilər. Bu baxımdan, yaxın dövrlərdə çox ciddi və koordinal dəyişikliklərin baş verəcəyini düşünmürəm. Sadəcə olaraq, Ukraynanın əli müəyyən qədər güclənəcək, ona daha çox silah və hərbi ləvazimat tədarük ediləcək. Bu isə öz növbəsində Rusiyanın vəziyyətini daha da mürəkkəbləşdirəcək”.

Qeyd edək ki, ABŞ, Fransa, Almaniya və İngiltərə Ukraynaya verilən silahların vuruş məsafəsində məhdudiyyəti ləğv edib.

Qiymət Mahir

tag: ABŞ,Almaniya,Fransa,İngiltərə,Ukrayna,todaypress.tv,

photo