Rumıniya Senatında Heydər Əliyevə həsr olunan tədbir keçirildi

Rumıniya Senatında Heydər Əliyevə həsr olunan tədbir keçirildi
12.05.2026 22:00 Siyasət

Azərbaycanın Rumıniyadakı səfirliyi tərəfindən Rumıniya Senatında ulu Öndər Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü münasibətilə "Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin Azərbaycan Respublikası və Rumıniya arasındakı əlaqələrdə rolu" mövzusunda konfrans keçirilib.

TodayPress TV xəbər verir ki, bu barədə Azərbaycanın Rumıniyadakı səfirliyindən məlumat verilib.

"Konfransda Rumıniya parlamentinin Deputatlar Palatasının və Senatının üzvləri, parlamentdə təqdim olunan partiyaların fraksiya rəhbərləri, Rumıniya hökuməti nümayəndələri, Rumıniyadan seçilmiş Avropa Parlamentinin deputatı, Rumıniyada akkreditə olunmuş xarici diplomatik korpusun rəhbərləri və nümayəndələri, "SOCAR Petroleum SA" şirkətinin, "Yunus Emre" İnstitutunun Buxarest ofisinin, Türk İş Adamları Dərnəyinin rəhbərliyi və əməkdaşları, ictimai-siyasi xadimlər, Rumıniyada Azərbaycanın Dostları Assosiasiyasının üzvləri, İran azərbaycanlılarının icmasının üzvləri, Rumıniyada yaşayan və təhsil alan həmvətənlərimiz iştirak ediblər", - məlumatda bildirilib.

Qeyd olunub ki, əvvəlcə Azərbaycan və Rumıniyanın dövlət himnləri səsləndirilib, daha sonra ulu öndərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbiri çıxış sözü ilə açan Azərbaycanın Rumıniyadakı fövqəladə və səlahiyyətli səfiri Qüdsi Osmanov ulu öndər Heydər Əliyevin həyat və fəaliyyətindən, onun müdrikliyi və dövlətçilik təcrübəsi ilə apardığı daxili və xarici siyasətin nəticələrindən danışıb. Azərbaycan xalqının tarixində və taleyüklü məsələlərinin həllində Heydər Əliyevin müstəsna xidmətlərini qeyd edən səfir, onun siyasi xəttinin bütün sahələrdə olduğu kimi, xarici siyasətdə də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini vurğulayıb.

Rumıniya Senatının prezidenti Mirça Abrudean çıxışında mənalı ömrünü xalqına, Azərbaycanın möhkəmlənməsinə və yüksəlişinə həsr etmiş dünyaşöhrətli siyasi xadim Heydər Əliyevin həyat və fəaliyyətinə, onun Azərbaycan və Rumıniya arasında əlaqələrin genişləndirilməsindəki xüsusi roluna yüksək qiymət verib.

Rumıniya parlamentində Azərbaycanla dostluq qrupunun rəhbəri, baş nazirin keçmiş müavini Marian Neakşu Heydər Əliyevin müasir Azərbaycan dövlətinin memarı, Rumıniya ilə Azərbaycan arasında dostluğun möhkəmləndirilməsində əsas simalardan biri olduğunu qeyd edib.

Avropa İttifaqı Parlamentinin Rumıniyadan seçilmiş üzvü, Rumıniya Milli Mühafizəkar Partiyasının (PNCR) sədri Kristian Terheş çıxışında regionda, o cümlədən Ukrayna və İranda baş verən gərginliklər fonunda əhəmiyyətini daha da artırmış Orta Dəhlizin əhəmiyyətinə toxunub, bu layihənin vaxtilə ulu öndərin irəli sürdüyü uzaqgörən strategiyaya əsaslandığını vurğulayıb.

Rumıniyalı senator Kristian-Auqustin Nikulesku-Tsıqırlaş çıxışında keçən ilin avqust ayında Azərbaycana, xüsusən ölkəmizin Qarabağ bölgəsinə səfərini xatırlayıb. O, səfər zamanı Qarabağda şahidi olduğu miqyaslı bərpa-quruculuq işləri, dağıdılmış ərazilərin yenidən canlandırılması və müasir infrastrukturun sürətlə qurulması barədə yüksək qiymətləndirici fikirlər səsləndirib və bu prosesin regionun gələcəyi üçün mühüm əhəmiyyət daşıdığını qeyd edib.

Tədbirdə Rumıniya parlamentində AUR ("Rumınların Birləşməsi uğrunda Alyans") fraksiyasının sədr müavini Nikolae Vlahu, Rumıniya Müsəlmanlarının müftisi Murat Yusuf, Rumıniya İnformatika üzrə Araşdırmalar və İnkişaf Milli İnstitutunun (ICI) baş direktoru Adrian-Viktor Vevera və digərləri çıxış ediblər.

Sonra Azərbaycan xalqının ümummilli liderinin zəngin və mənalı ömür yoluna həsr edilmiş videoçarx nümayiş olunub, həmçinin tədbir iştirakçılarına Rumıniya Senatının foyesində ulu öndərin xatirəsinə həsr edilmiş fotosərgi ilə tanış olmaq imkanı yaradılıb. Sərgini Rumıniyada rəsmi səfərdə olan Moldova parlamentinin sədri İqor Qrosu ziyarət edib. O, ulu öndər Heydər Əliyevlə bağlı xoş sözlər söyləyib, onun Azərbaycan dövlətçiliyinin qorunub saxlanmasında müstəsna rolunu vurğulayıb.

TodayPress TV

XƏBƏR LENTİ
03 IYUN 2026
Tovuz təmsilçisinin avrokubok ümidləri davam edir 16:48 Ermənilərin qənimi, Bakı kriminalının unudulmuş əfsanəsi: Qoçu Tərlan - Zaur Əliyev yazır... 16:44 Hindistanlılar onları qətlə yetirən Hindistana qarşı: Bakı qırğın törədənlərdən cavab tələb edir 16:27 “Napoli” hücum xəttini gücləndirdi: Hoylund qalır 16:18 Tarix böyük münaqişələrin baş verəcəyini göstərir — Ramiz Yunus yazır... 16:06 Azərbaycan-Ermənistan sərhədində təxribat gözlənilir? 16:02 Dünyanın ən titullu futbolçusuna daha bir yüksək qiymət 15:55 Azərbaycanda vahid büdcə təsnifatı yeniləndi 15:53 Paşinyanın qarşısındakı donuz çobanına Azərbaycan şapalağı — Ağdamda bunu danışırlar... 15:38 Paşinyan əsəbiləşdi: "özünü ələ almağı" əmr etdi 15:24 Qızıl bazarında böyük fürsət: Ucuzlaşma hamını sevindirəcək! 15:16 U-20 millimiz hazırlıq prosesində növbəti matça çıxacaq 15:01 Trampla Xamanei görüşür - İddia gündəmi dəyişdirdi 14:48 Kəbədə şeytan var, daşlayırlar? İlahiyyatçı üsyan etdi 14:45 TƏCİLİ! Türkiyədə zəlzələ oldu 14:39 Xarici kəşfiyyat orqanlarının təxribat törətməsinin qarşısını alan qurum - Prezident fərmanında 14:32 Gənc idmançımızın yeni beynəlxalq sınağı başlayır 14:27 Danışılmış oyun iddiası: UEFA-dan ağır cəza gəldi 14:19 "Məcburi köçkünlük" dövrü bitir: Dövlət qanunu dəyişdirir! 14:16 Ukrayna Putinin gələcəyi məkanı bombalayır - Rusiya prezidenti böyük təhlükədə 14:15 Keçmiş məhkum yenə iş başında: Bu dəfə 5 kq narkotiklə saxlanıldı 14:08 “Qızıl top” uğrunda yarışda Kvaratsxeliyaya dəstək gəldi 13:46 İran Küveyti VİRAN ETDİ: Aeroportdan yeni görüntülər 13:43 Naxçıvanda tarixi kəşf edən arxeoloq danışdı: 30 ildir ki, axtarırdıq, belə tapdıq 13:29 Masazır təmsilçisi müdafiəyə yeni lider gətirir 13:21 Bütün Xəbərlər