Əli Əsədov Gürcüstan səfirliyində başsağlığı verdi
Azərbaycanın Baş naziri Əli Əsədov Gürcüstanın Azərbaycandakı səfirliyində başsağlığı verib.
TodayPress TV xəbər verir ki, bu barədə Nazirlər Kabineti məlumat yayıb.
Ə.Əsədov səfirliyə gedərək Bütün Gürcüstanın Katalikos-Patriarxı, görkəmli din xadimi II İliya həzrətlərinin vəfatı ilə əlaqədar başsağlığı kitabına ürək sözlərini qeyd edib.