Yayda sağlamlığımızı necə qoruyaq?

Sağlamlıq

30.05.2025 19:15

Yay mövsümünün gəlişi ilə hava temperaturunun yüksəlməsi sağlamlıqla bağlı müəyyən riskləri də artırır. 

TodayPress TV xəbər verir ki, bu aylarda həm istilik vurması, həm də qida zəhərlənmələri kimi hallar yaşanır.

Ən çox rast gəlinən hallardan biri bədənin susuz qalmasıdır. Uzun müddət günəş altında qalmaq, xüsusilə də fiziki aktivlik zamanı orqanizmin maye itirməsinə səbəb olur. Bu isə başgicəllənmə, ürəkbulanma və halsızlıq kimi simptomlarla özünü göstərə bilər. Gün ərzində ən az 2-2.5 litr su içmək, tünd çay və qazlı içkilərdən uzaq durmaq tövsiyə olunur.

Bundan əlavə, yay aylarında qida təhlükəsizliyi də xüsusi önəm daşıyır. İsti hava şəraitində bəzi qidalar, xüsusən də süd məhsulları, yumurta və ət çox tez xarab ola bilər. Bu isə zəhərlənmə hallarının artmasına səbəb olur. 

Günəş şüalarından qorunmaq da sağlam qalmaq üçün vacib amillərdəndir. Günəş altında uzun müddət qalmaq dəriyə zərər verə bilər. Mütəxəssislər günəş kremindən istifadə etməyi, saat 11:00-dan 17:00-a qədər birbaşa günəş altında qalmamağı və açıq rəngli, yüngül geyimlər seçməyi tövsiyə edirlər.

Türkan İsgəndərli

tag: Qida,Yay,Sağlam,Orqanizm,todaypress.tv,