Yaşa bağlı çəki artımı faydalıdır
Sağlamlıq
30.06.2025 18:40
Yeni araşdırmalar göstərir ki, yaşlandıqca bədənin bir qədər artıq çəkiyə sahib olması sağlamlıq baxımından faydalı ola bilər.
TodayPress TV xəbər verir ki, bu barədə "Annals of Epidemiology" jurnalında dərc olunub.
Məlumata görə, 1948–2014-cü illəri əhatə edən genişmiqyaslı araşdırmada 4500-dən çox insanın və onların övladlarının tibbi məlumatları təhlil edilib. Alimlər iştirakçıların bədən kütləsi indeksini (BKİ) və bu göstəricinin zamanla necə dəyişdiyini araşdırıblar.
Məlum olub ki, insan gənclikdə normal çəkidə olarsa və yaşlandıqca çəkisi cüzi artsa, bu, erkən ölüm riskini artırmır. Əksinə, yaşlı dövrdə orta dərəcədə artıq çəkiyə malik olmaq daha sabit sağlamlıq və daha yüksək həyat keyfiyyəti ilə əlaqələndirilir.
Bu nəticə qocalıqda maddələr mübadiləsinin zəifləməsi və qida maddələrinin mənimsənilməsinin azalması ilə izah olunur. Bədəndəki mülayim yağ ehtiyatı immun sisteminin fəaliyyətini dəstəkləyir və yaşla bağlı dəyişikliklərin öhdəsindən gəlməyə kömək edir.
Ümumdünya Səhiyyə Təşkilatının yenilənmiş tövsiyələrinə görə, yaşlılar üçün optimal BKİ qadınlarda təxminən 25, kişilərdə isə 29-a qədər hesab olunur.
Türkan İsgəndərli
tag: Qoca,Çəki,Əzələ,Bədən,Todaypress.tv,