Anası doğuş zamanı ölən körpənin son vəziyyəti AÇIQLANDI
Sağlamlıq
11.09.2025 13:00
Doğuş zamanı dünyasını dəyişən Avşar kənd sakini, 2005-ci il təvəllüdlü Şərqiyyə Qasımovanın dünyaya gələn körpəsinin vəziyyəti stabildir.
Bu barədə TodayPress TV-nin sorğusuna cavab olaraq TƏBİB-dən bildirilib.
“Dəqiqləşdirilməmiş preeklampsiya diaqnozu ilə Ağcabədi Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunan 2005-ci il təvəllüdlü hamilə 15 dəqiqə ərzində müvafiq müayinə olunduqdan sonra stabilləşdirilərək təxirəsalınmaz əməliyyata alınıb. Boyu 47 santimetr, çəkisi 2200 qram olan körpə (kişi cinsli) dünyaya gəlib. Əməliyyatdan sonra saat 06:30-da ananın ürək fəaliyyəti dayandığı üçün müvafiq reanimasiya tədbirlərinə başlanılıb. Həkimlərin çoxsaylı səylərinə və göstərilən yardımlara baxmayaraq, saat 06:45 radələrində bioloji ölüm faktı qeydə alınıb. Meyit təşriş olunması üçün Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyi”nə təhvil verilib. Hadisə ilə əlaqəli Ağcabədi Rayon Prokurorluğunda araşdırma aparılır. Hazırda körpə tibb müəssisəsindədir və vəziyyəti stabil olaraq qiymətləndirilir”, - deyə məlumatda qeyd edilib.
Qeyd edək ki, Ağcabədidə doğuş zamanı ana ölümü qeydə alınıb. Ana ölümü mərkəzi rayon xəstəxanasında baş verib. Avşar kəndsakini, 2005-ci il təvəllüdlü Şərqiyyə Qasımova doğuş zamanı ölüb. Onun dünyaya gətirdiyi körpə sağ qalıb. Faktla bağlı araşdırma aparılır.
Aysel Mətləb
tag: TƏBİB,Sorğu,Ana,Körpə,Todaypress.tv,