Gec yatmaq infarkt riskini artırır

Sağlamlıq

11.06.2025 17:52

Bir çox insanlar gecə saatlarına qədər sosial şəbəkələrdə qalmaq və ya film izləmək vərdişini davam etdirir.

TodayPress TV xəbər verir ki, bu vərdişin ürək sağlamlığı üçün təhlükəli nəticələr doğura biləcəyi bildirilir.

Aparılan beynəlxalq tədqiqatlara əsasən, gecə saat 11-dən sonra yuxuya gedən şəxslərdə infarkt və insult riski daha yüksək olur. Gec yuxuya getmək və nizamsız yuxu rejimi qan təzyiqində dəyişkənlik, ürək ritminin pozulması və xroniki yorğunluq yaradır ki, bu da ürəyin fəaliyyətini ciddi şəkildə zəiflədə bilər.

Kardioloqlar tövsiyə edir ki, insanlar yuxuya diqqət etməli, hər gecə eyni saatda yatmağa çalışmalı, yataqdan əvvəl ekran qarşısında keçirdikləri vaxtı azaltmalı, qida və kofein qəbulunu isə axşam saatlarında məhdudlaşdırmalıdırlar.

Türkan İsgəndərli

tag: Yuxu,Yatmaq,Dünya,Sağlam,todaypress.tv,