Fiziki aktivlik qışda “D” vitaminini qoruyur
Böyük Britaniyada aparılan yeni araşdırma müntəzəm, lakin yüngül fiziki aktivliyin qış aylarında “D” vitamini səviyyəsini qorumağa kömək etdiyini ortaya qoyub.
TodayPress TV xəbər verir ki, nəticələr “Advanced Science” jurnalında dərc olunub.
Araşdırmada artıq çəkili 50-dən çox insan iştirak edib. Onların bir hissəsi 10 həftə ərzində həftədə 4 dəfə məşq edib: iki dəfə qaçış trenajorunda gəziş, bir uzun kardio və bir intervallı məşq. İştirakçılar günəş şüasından uzaq durub və “D” vitamini əlavəsi qəbul etməyiblər.
Nəticədə, məşq etməyən qrupda “D” vitamini səviyyəsi orta hesabla 25% azalarkən, məşq edənlərdə bu azalma 15% olub. Ən önəmlisi isə yalnız fiziki aktiv iştirakçılarda “D” vitamininin aktiv forması (1,25(OH)₂D₃) qorunub saxlanılıb. Bu forma immun sistem, sümük sağlamlığı və daxili orqanların fəaliyyəti üçün vacibdir. Passiv qrupda bu göstərici 15% azalıb.
Alimlər vurğulayıblar ki, artıq çəkili insanlar üçün fiziki aktivlik qışda vitamin balansını saxlamaq üçün effektiv vasitədir və qidalanma ilə birlikdə yanaşı tətbiq edilməlidir.
Qiymət Mahir
tag: Fiziki aktivlik,"D" vitamini,Elm,Araşdırma,todaypress.tv,