Hamiləlikdə parasetamol istifadəsi autizmə səbəb olur?

Sağlamlıq

02.10.2025 19:40

Hamiləlik dövründə parasetamol (asetaminofen) istifadəsi ilə uşaqlarda autizm arasında elmi olaraq təsdiqlənmiş əlaqə yoxdur.

TodayPress TV "Haber Türk" ə istinadən xəbər verir ki, Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) ABŞ Prezidenti Donald Trampın hamiləlik zamanı parasetamol istifadəsinin uşaqlarda autizm riskini artırdığı iddiasına münasibət bildirib.

ÜST baş direktoru Tedros Adhanom Qebreyesus qeyd edib ki, hazırda hamiləlikdə parasetamol istifadəsi ilə autizm arasında qəti elmi sübut yoxdur.

O, həmçinin bütün qadınlara həkimlərin və səhiyyə işçilərinin tövsiyələrinə əməl etməyi tövsiyə edib və dərmanların istifadəsinin xüsusilə hamiləliyin ilk üç ayında diqqətlə izlənməli olduğunu vurğulayıb.

Xatıradaq ki, Donald Tramp Tylenol dərmanının aktiv maddəsi olan asetaminofenin hamiləlik dövründə istifadəsinin uşaqlarda autizm riskini artırdığını iddia etmişdi.

Jalə Rövşən

TodayPress TV

tag: parasetamol ,ABŞ,Donald Tramp,ÜST,Hamiləlik,