İnfeksion xəstəliklər üzrə vəziyyət nəzarətdə saxlanılır? - AÇIQLAMA
Sağlamlıq
01.09.2025 18:15
"Səhiyyə Nazirliyinin Respublika Gigiyena və Epidemiologiya Mərkəzindən verilən məlumata görə, ölkədə infeksion xəstəliklər üzrə vəziyyət mütəmadi nəzarətdə saxlanılır".
Səhiyyə Nazirliyinin Mətbuat xidmətinin əməkdaşı Elvin Hacıyev bunu TodayPress TV-yə şərh edərkən bildirib.
O vurğulayıb ki, qızılcaya qarşı aparılan məqsədyönlü peyvənd tədbirləri nəticəsində son aylarda Azərbaycanda xəstəliyin qeydə alınması halları müşahidə olunmayıb. Hazırda həm planlı qaydada, həm də vaxtında peyvənd olunmamış uşaqlar və böyüklər arasında müalicə-profilaktika müəssisələri tərəfindən vaksinasiya tədbirləri davam etdirilir.
Qeyd edək ki, İranda qızılca xəstəliyi yayılıb. Səhiyyə Nazirliyinin Xəstəliklərlə Mübarizə Mərkəzinin bu il verdiyi rəsmi hesabata əsasən, ölkə üzrə 511 qızılca xəstəliyi aşkar edilib. İlin ilk 4 ayında Babol Tibb Elmləri Universitetində təsdiqlənmiş 13, iyunda 4, iyulda isə 9 xəstəlik faktı qeydə alınıb. Cari il avqustun 15-dək daha 16 yoluxma faktı müşahidə olunub.
Aysel Mətləb
tag: Səhiyyə Nazirliyi,Gigiyena ,Epidemiologiya ,Qızılca,Todaypress.tv,