"Temu" qalmaqalı: Keyfiyyətsiz məhsullar xəstəlik mənbəyinə çevrilir

Sağlamlıq

15.10.2025 17:05

Son günlər sosial şəbəkələrdə türkiyəli bir gəncin “Temu” platformasından aldığı süni kirpiyə görə gözündə infeksiya yaranması geniş müzakirələrə səbəb olub. 

Hadisə onlayn platformalardan alınan məhsulların keyfiyyəti və təhlükəsizliyi məsələsini yenidən gündəmə gətirib.

Məsələ ilə bağlı Azərbaycan Tibb Universitetinin Farmakologiya kafedrasının dosenti Aydın Əliyev TodayPress TV-yə danışıb.

O bildirib ki, istər paltar, istərsə də digər əşyalar xəstəlik mənbəyi ola bilər:

"İstənilən mal, əşya, paltar vəsaiti xəstəlik mənbəyi ola bilər. Keyfiyyətsiz mal düzgün saxlanılmır, istifadə zamanı da insanda xəstəlik yarada bilər. Bədən zəif olanda belə hallara daha çox rast gəlinir. İstifadə olunan əşya və ya vasitə xəstəlik törədicisi daşıyırsa, bu, sağlamlığa təhlükə yaradır".

Aydın Əliyev qeyd edib ki, hansı malların keyfiyyətli və ya keyfiyyətsiz olduğunu müəyyənləşdirmək müvafiq orqanların səlahiyyətinə daxildir. 

Türkan İsgəndərli

TodayPress TV

tag: Aydın Əliyev,Dosent,Temu,Xəstəlik,Todaypress.tv,

photo