Ofis işçilərinə görməni qorumaq üçün vacib tövsiyələr

Sağlamlıq

27.10.2025 08:57

Mütəxəssislər ofis şəraitində uzun müddət kompüter qarşısında işləyən insanlara görməni qorumaq üçün bir neçə sadə qaydaya əməl etməyi tövsiyə edirlər.

TodayPress TV xəbər verir ki, ən effektiv üsullardan biri “20-20-20” qaydasıdır: hər 20 dəqiqədən bir 20 saniyə fasilə verərək baxışı 6 metr uzaqlıqdakı obyektlərə yönəltmək.

Bu vərdiş gözlərin gərginliyini və yorğunluğunu azaldır.

Həmçinin kompüter qarşısında işləyərkən mavi işıq filtrası olan eynəklərdən istifadə etmək məsləhətdir. Mavi spektrli işıq gözləri yükləyir, yorğunluğu artırır və yuxu ritmini poza bilər.

Mütəxəssislər bildirirlər ki, kompüterdə işləyən zaman daha tez-tez göz qırpmaq da vacibdir. Çünki ekran qarşısında insan adi haldan bir neçə dəfə az göz qırpır, bu isə gözlərin qurumasına, yanma və batma hissinə səbəb olur.

TodayPress TV

tag: Göz,Kompüter,Ofis,Eynək,Todaypress.tv,