Qızlarda emosional problemlər oğlanlara nisbətən daha çox yayılıb

Sağlamlıq

30.06.2025 17:01

Turun Universitetinin keçirdiyi sorğuya əsasən, 13–16 yaşlı qızlar arasında emosional narahatlıqlar, o cümlədən təşviş və depressiya hallarının yayılması oğlanlara nisbətən daha yüksəkdir.

TodayPress TV xəbər verir ki, bu barədə "Yle" məlumat yayıb.

Tədqiqatda Avropa və Asiyanın 12 ölkəsindən ümumilikdə 26 minə yaxın yeniyetmə iştirak edib. Onlar psixi sağlamlıqla bağlı yaşadıqları simptomları açıqlayıblar.

Sorğunun nəticələri göstərir ki, bütün ölkələr üzrə qızlar oğlanlarla müqayisədə daha çox emosional gərginlik, narahatlıq və depressiya kimi əlamətlərdən şikayətləniblər.

Bundan əlavə, prososial davranış — yəni başqalarına faydalı olmaq və sosial münasibətləri gücləndirmək meyli — qızlarda daha geniş yayılıb.

Töhfə Səməd

tag: Qızlar,Oğlanlar,Emosional,Psixoloji,Todaypress.tv,