Nazir: "Ümummilli Lider səhiyyədə kadrların milliləşdirilməsinə böyük diqqət yetirirdi"

Sağlamlıq

20.06.2025 16:38

Ulu Öndər Heydər Əliyev Azərbaycan SSR-ə rəhbər təyin edildikdən sonra, bütün sahələrdə olduğu kimi, tibb sahəsində də böyük uğurlar qazanılıb. Xalqımızın Ümummilli Lideri, həmçinin səhiyyədə kadrların milliləşdirilməsinə böyük diqqət yetirirdi.

TodayPress TV xəbər verir ki, bu fikirləri 1 nömrəli Bakı Tibb Kollecinin məzunları ilə görüşdə səhiyyə naziri Teymur Musayev səsləndirib. 

Nazirin sözlərinə görə, dövlət rəhbərliyi səhiyyənin inkişafına xüsusi önəm verir:

“Prezident İlham Əliyevin uzaqgörən siyasəti və gərgin zəhməti sayəsində hər sahədə, o cümlədən əhalinin sağlamlığının qorunması sahəsində də böyük nailiyyətlər əldə olunub. Səhiyyənin tərəqqisi daim diqqət mərkəzində saxlanılır. Tibb müəssisələrinin maddi-texniki bazası gücləndirilir, səhiyyənin maliyyələşməsində əsaslı islahatlar aparılır, rəqəmsallaşma, keyfiyyətli tibbi xidmətlərin göstərilməsi istiqamətində vacib işlər görülür”. 

“Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti, özü də ixtisasca həkim olan Mehriban xanım Əliyeva da səhiyyə sahəsində çalışanlara həmişə diqqət və qayğı göstərir, tibb işçilərinin əməyini və fədakarlığını daim yüksək qiymətləndirir", - səhiyyə naziri əlavə edib.

tag: Teymur Musayev,Səhiyyə,Nazir,Çıxış,Todaypress.tv,