Qazlı içkilər və duzlu məhsullar böyrəklərə ciddi zərər verir

Sağlamlıq

03.06.2025 19:15

Heyvani zülalın həddindən artıq qəbulu, duzlu qidalar və qazlı içkilər böyrək sağlamlığını zəiflədə bilər.

TodayPress TV xəbər verir ki, bu barədə nefroloqlar bildiriblər. 

Onların sözlərinə görə, xüsusilə böyrəklərində zədələnmə olan insanlar qazlı içkilərdən tamamilə imtina etməlidirlər.

ABŞ-nin Milli Səhiyyə İnstitutunun (NIH) məlumatlarında göstərilib ki, bədən üçün vacib olan fosfor minerallar şəklində faydalı olsa da, süni formada əlavə edilən fosfor böyrəklərə zərər verə bilər.

Həmçinin çoxlu ət istehlakı da böyrəklərə əlavə yük yaradır. Ətin tamamilə rasiondan çıxarılması zəruri hesab olunmur, lakin mütləq şəkildə miqdarına diqqət yetirilməli və zərurət olduqda mütəxəssisə müraciət edilməlidir. 

Xüsusilə emal olunmuş məhsullara, o cümlədən dondurulmuş yarımfabrikatlara və sənaye üsulu ilə hazırlanan hazır yeməklərə diqqət olunmalıdır. 

Bu qidalar çox zaman duz və konservantlarla zəngin olur ki, bu da yalnız böyrəklərə deyil, ürək-damar sisteminə də zərər verir.

Qiymət Mahir

tag: Zülal,Qazlı içki,Nevroloq,Böyrək,todaypress.tv,