Qadınlar sol böyrü üstə yatmalıdır - SƏBƏB

Sağlamlıq

01.10.2025 19:15

Mütəxəssislər qadınlara, xüsusilə də hamiləlik planlayanlara sol böyrü üstə yatmağı tövsiyə edirlər. Bu vəziyyət qan dövranını yaxşılaşdırır və venoz xəstəliklərin riskini azaldır.

TodayPress TV xəbər verir ki, hamiləlik dövründə qadının qan həcmi təxminən 50%-ə qədər arta bilər. Bu isə venoz sistemə, xüsusilə də ayaqlardakı damar klapanlarına əlavə yük yaradır. Nəticədə varikoz damarlar, şişkinlik, ayaqlarda ağırlıq hissi və hətta dərin damar trombozu kimi problemlər meydana çıxa bilər.

Sol tərəfdə yatmaq, bədənin sağ tərəfində yerləşən və əsas qan damarlarından biri olan aşağı vena kavaya təzyiqi azaltmağa kömək edir. Bu, xüsusilə böyüyən uşaqlığın damara təzyiq etdiyi vaxt daha vacib sayılır.

Mütəxəssislər hamiləlikdən əvvəl belə bu vərdişin formalaşdırılmasını tövsiyə edirlər. Sol böyrü üstə yatmaq yalnız qan dövranını deyil, həm də damarların fəaliyyətini asanlaşdırır və əzələdaxili təzyiqi azaldır.

Türkan İsgəndərli

TodayPress TV 

tag: Qadın,Hamilə,Yatmaq,Qan-damar,Todaypress.tv,