Mehriban insanlar daha sağlam və uzunömürlü olur – ARAŞDIRMA

Sağlamlıq

11.06.2025 15:32

Mehriban və ünsiyyətcil insanların sağlamlıq baxımından mənfi xarakterli insanlara nisbətən əhəmiyyətli üstünlüklərə malik olduğu müəyyən edilib.

TodayPress TV xəbər verir ki, bu barədə "Infosalus" məlumat yayıb.

Bildirilir ki, bu cür insanlar ürək-damar və serebrovaskulyar xəstəliklərdən daha az əziyyət çəkir və orta hesabla daha uzun ömür sürürlər.

Araşdırmalar göstərir ki, emosional sabitlik, empatiya və sosial münasibətlərdə müsbət yanaşma insanın həm fiziki, həm də psixoloji sağlamlığına müsbət təsir göstərir. Belə şəxslərdə stress hormonu olan kortizolun səviyyəsi aşağı, immun və ürək-damar sisteminin fəaliyyəti isə daha sabit olur.

Əksinə, mənfi xarakterli, kinli və aqressiv insanlar emosional rifahdan məhrum olur, onların qanında kortizol və fibrinogen səviyyəsi yüksək olur. Bu da qan laxtalanması, insult və infarkt kimi ağır fəsadlara yol açır. Ümumilikdə, bu cür şəxslərin həyat keyfiyyəti aşağı və ömürləri daha qısa olur.

Mütəxəssislər hesab edirlər ki, xarakter xüsusiyyətləri təkcə sosial münasibətlərdə deyil, həm də sağlamlıqda həlledici rol oynayır. Yaxşılıq və empatiya yalnız mənəvi deyil, həm də bioloji üstünlük hesab olunur.

Türkan İsgəndərli

tag: Mehriban,Kobud,Xasiyyət,Sağlamlıq,todaypress.tv,