Bakı, Sumqayıt və Abşeron üzrə bir neçə nümunəvi xəstəxanaya mentor klinika statusu veriləcək

Sağlamlıq

11.07.2025 17:37

“Mentor Klinika” və “Qlobal cərrahiyyə 2030 proqramı” layihələri çərçivəsində TƏBİB-in tabeliyində olan Bakı, Sumqayıt və Abşeron rayonu üzrə bir neçə nümunəvi xəstəxananın mentor klinika statusu alması planlaşdırılıb.

TodayPress TV xəbər verir ki, bunu TƏBİB-in İcraçı direktorunun müavini Araz Nəsirov qurumun fəaliyyətinə dair keçirilən növbəti geniştərkibli müşavirədə çıxışı zamanı deyib.

Onun sözlərinə görə, mentor klinika statusu müəyyən edilmiş region xəstəxanalarına bilavasitə dəstək göstərməsini təmin edəcək:

“Hazırda tibb müəssisələrində ixtisaslı tibbi xidmətlərin bərabər paylanmadığını müşahidə edirik. Layihəni ilkin pilot mərhələdə 1 il müddətində həyata keçirməyi planlaşdırırıq”.

tag: Bakı,Sumqayıt,Abşeron,TƏBİB,Todaypress.tv,