Yuxudan sonra baş ağrısının səbəbi nədir?

Sağlamlıq

10.07.2025 18:30

Gündüz yatdıqdan sonra baş ağrısı, yorğunluq və oriyentasiya pozuntusu kimi xoşagəlməz hallar yaşamaq mümkündür. 

TodayPress TV xəbər verir ki, bunun əsas səbəbi yuxu mərhələləri ilə bağlıdır.

Bildirilir ki, gündüz yuxusu əvvəlcə səthi olur, lakin bir müddət keçdikdən sonra insan dərin, yəni yavaş yuxu mərhələsinə keçir. Əgər bu mərhələdə oyansanız, bədəndə və beyində diskomfort hissi yarana bilər. Bu da özünü baş ağrısı, enerji çatışmazlığı və qarışıqlıq kimi göstərə bilər.

Mütəxəssislər gün ərzində 30 dəqiqədən artıq yatmamağı tövsiyə edir. Ən ideal vaxt isə saat 13:00-dan 15:00-a qədər olan aralıq hesab olunur, çünki bu dövrdə insan orqanizmində təbii enerji azalması müşahidə edilir.

Qeyd olunur ki, günün gec saatlarında yatmaq isə gecə yuxusunun keyfiyyətinə mənfi təsir göstərə bilər. Bu səbəbdən gündüz istirahətini qısa və düzgün vaxtda planlaşdırmaq tövsiyə olunur.

Türkan İsgəndərli

tag: Yuxu,Yatmaq,Dünya,Sağlam,todaypress.tv,