Xərçəng və Alzheimer üçün yeni müalicə üsulu

Sağlamlıq

18.10.2025 20:00

Fokuslanmış ultrasəs texnologiyasından xərçəng, Alzheimer və nadir nevroloji xəstəliklərin müalicəsində istifadə imkanlarını araşdırılır.

TodayPress TV xarici KİV-ə istiandən xəbər verir ki, bu barədə ABŞ-nin Virciniya Universitetinin alimləri məlumat verib.

Araşdırmalara görə, bu üsul qan-beyin baryerini müvəqqəti açaraq dərmanların və gen terapiyalarının birbaşa beyin bölgələrinə çatmasını təmin edir.

Həmçinin xərçəng şişlərini parçalayaraq immunitet sistemini stimullaşdırır və bədənin xəstə hüceyrələri tanıyıb məhv etməsinə kömək edir.

Texnologiya serebral kavernoz malformasiyalar kimi çətin əlçatan beyin lezyonlarını cərrahiyyə olmadan müalicə etməyə imkan verir. Virciniya Universiteti bu sahədə tədqiqatları sürətləndirmək üçün Fokuslu Ultrasəs və İmmuno-onkologiya Mərkəzi yaradıb.

Alimlər gələcəkdə fokuslanmış ultrasəsin yalnız Alzheimer və xərçəng deyil, həm də nadir nevroloji xəstəliklər üçün ümid verəcəyini vurğulayır.

Jalə Rövşən 

TodayPress TV

tag: Fokuslanmış ultrasəs texnologiyası,Alzheimer ,Xərçəng ,Araşdırma,