Böyrək xəstəliyinin yeni əlaməti tapıldı

Sağlamlıq

25.07.2025 19:45

Chonnam Universitetinin tədqiqatçıları müəyyən ediblər ki, xroniki böyrək xəstəliyi diş itkisi riskinin artması ilə əlaqələndirilə bilər.  

TodayPress TV xəbər verir ki, bu barədə məlumat “Renal Failure” jurnalında dərc olunub. 

40 yaşdan yuxarı 16,125 yetkin şəxsin məlumatlarını təhlil edən tədqiqatın müəllifləri müəyyən ediblər ki, xroniki böyrək xəstəliyinə 20-dən az dişi olan insanlarda əhəmiyyətli dərəcədə daha çox rast gəlinir. 

Alimlər tədqiqat zamanı yaş, cins, gəlir səviyyəsi, siqaret, şəkərli diabet, hipertoniya və digər amilləri də nəzərə alıblar. 

Tədqiqatçılar qeyd ediblər ki, xroniki böyrək xəstəliyi olan insanlar üçün profilaktika və müalicə proqramlarını planlaşdırarkən diş sağlamlığına və ağız boşluğuna daha çox diqqət yetirilməlidir.  

Onlar həmçinin diş itkisi və böyrək xəstəliyi arasındakı əlaqəni daha yaxşı başa düşmək üçün daha geniş miqyaslı tədqiqatlara ehtiyac olduğunu vurğulayıblar.  

Aysel Mətləb

tag: Böyrək xəstəliyi,Diş ,Xəstəlik,Todaypress.tv,