Qobustan RMX müasir tibbi avadanlıqla təchiz olunub
Sağlamlıq
20.06.2025 10:56
“Vətəndaşların hərtərəfli tibbi xidmətlə təmin edilməsi, onların müalicə və müayinə işinin yüksək səviyyədə təşkili üçün Qobustan Rayon Mərkəzi Xəstəxanası (RMX) müasir tələblərə cavab verən tibbi avadanlıqla təchiz olunub”.
TodayPress TV xəbər verir ki, bunu Qobustan Rayon Mərkəzi Xəstəxanasının (RMX) direktoru Günay Muradova xəstəxanada keçirilən mediatur çərçivəsində məlumat verib.
Onun sözlərinə görə, region əhalisinə hərtərəfli tibbi xidmət göstərilməsi üçün xəstəxanada geniş imkanlar yaradılıb:
“Xəstəxana exokardiqrafiya (EXO), çoxkəsikli kompüter tomoqrafiyası (KT), rəqəmsal ultrasəs müayinə cihazı, teleskopik rentgen, rəqəmsal DR rentgen qurğusu, laparoskop, exokardioqrafiya və digər müasir maddi-texniki avadanlıqlarla tam təchiz edilib. Bundan əlavə, tibb müəssisəsində bir sıra yeniliklər həyata keçirilib - yeni tibbi cihazlar alınıb, ixtisaslaşmış həkim-mütəxəssislər işə qəbul edilib, həmçinin LOR, oftalmoloji, uroloji, laporoskopik və travmatoloji əməliyyatlarının icrasına başlanılıb”.
Töhfə Səməd
tag: TƏBİB,Mediatur,Tədbir,Qobustan,Todaypress.tv,