1 ayda KTM-də 110 oftalmoloji əməliyyat icra olunub
Sağlamlıq
02.06.2025 10:07
Kliniki Tibbi Mərkəzdə yeni fəaliyyətə başlayan və icbari tibbi sığorta ilə həyata keçirilən oftalmoloji əməliyyatların sayı artıb.
TodayPress TV xəbər verir ki, uzman oftalmoloq Gülnar Sultanova tərəfindən 2025-ci ilin may ayı ərzində 110 katarakta (mirvari suyu) əməliyyatı, 5 gözyaşı kanalı tutulması səbəbilə aparılan KDSR (kanalizasiyalı dakriosistorinostomiya) cərrahi əməliyyat icra olunub.
Bundan əlavə 100-dən çox "Avastin" preparatının göz daxili inyeksiyası həyata keçirilib. Katarakta əməliyyatları zamanı xəstələrə yüksək keyfiyyətli "Alcon" (ABŞ istehsalı) linzaları yerləşdirilib.
Qeyd edək ki, Kliniki Tibbi Mərkəzdə oftalmoloji müayinə və sözügedən mikrocərrahi əməliyyatlar icbari tibbi sığortanın Xidmətlər Zərfi çərçivəsində qarşılanır.
tag: Göz,Əməliyyat,KTM,İcra,Todaypress.tv,