İş yerində yatmaq məhsuldarlığı artırır

Sağlamlıq

10.09.2025 19:30

İş yerində qısa müddətli yuxu ağır iş rejimində çalışanlar üçün faydalı ola bilər. 

TodayPress TV xəbər verir ki, iş saatları ərzində 15-20 dəqiqəlik yuxu insanı təravətləndirir, günortaya qədər toplanan yorğunluğu aradan qaldırır və günün qalan hissəsində məhsuldarlığı artırır.

Qeyd olunur ki, belə istirahət formasından sonra yorğunluq hiss etmək normaldır. Lakin bu hal əsasən 40 dəqiqə və daha uzun yuxulardan sonra müşahidə olunur.

“Power nap” adlanan bu təcrübə bir sıra Qərb ölkələrində geniş şəkildə tətbiq olunur və işçilərin yaradıcılıq qabiliyyəti ilə yanaşı, intellektual fəaliyyətlərini də müsbət yöndə təsir edir. Bu səbəbdən qısa müddətli yuxu bəzi təşkilatlar tərəfindən rəsmi şəkildə dəstəklənən istirahət üsullarından biri hesab olunur.

Türkan İsgəndərli

TodayPress TV

tag: İş,Yuxu,Rejim,Yorğun,Todaypress.tv,