Dezodorant insan sağlamlığı üçün zərərlidir?

Sağlamlıq

06.10.2025 19:00

Bəzi insanlar dezodorantların sağlamlıq üçün təhlükə yaratdığını düşünür, lakin bu iddiaların elmi əsasları yoxdur.

TodayPress TV xəbər verir ki, dezodorantların tərkibindəki maddələrin xərçəng riski ilə əlaqəli olduğuna dair etibarlı elmi sübutlar mövcud deyil.

Qeyd olunur ki, bəzi laboratoriya şəraitində aparılan tədqiqatlarda parabenlərin estrogen hormonuna bənzər təsir göstərə bildiyi müşahidə olunub. Bu hormon bəzi döş xərçəngi növlərinin inkişafında rol oynaya bilər. Lakin bu, insan orqanizmi üçün birbaşa risk anlamına gəlmir.

Hazırda insanlar üzərində aparılmış geniş miqyaslı tədqiqatlar parabenlərin və ya alüminiumun xərçəngə səbəb olduğunu təsdiqləmir.

Mütəxəssislər vurğulayırlar ki, bu maddələrin təhlükəsizliyi ilə bağlı araşdırmalar davam edir, amma hazırda dezodorantların gündəlik istifadəsinin sağlamlığa ciddi zərər verdiyinə dair elmi əsaslı narahatlığa ehtiyac yoxdur.

Türkan İsgəndərli

TodayPress TV

tag: Dezodorant,Aliminium,Xərçəng,Laboratoriya,Todaypress.tv,