WWF çağırış etdi: Şirlərin nəsli tükənir
Təbiəti mühafizə təşkilatı WWF dünyada şirlərin vəziyyəti ilə bağlı yeni məlumat yayıb.
TodayPress TV xəbər verir ki, təşkilatın verdiyi məlumata görə, hazırda dünyada cəmi 23 minə yaxın sərbəst yaşayan şir qalıb. Halbuki 1950-ci illərin ortalarında bu rəqəm təxminən 200 min idi. Beləliklə, şir populyasiyası təqribən 90 faiz azalıb.
O dövrdə şirlər demək olar ki, Afrika qitəsinin hər yerində yaşayırdılar. Bu gün isə onları əsasən yalnız Cənubi Afrika, Botsvana və Tanzaniyada görmək mümkündür. WWF qeyd edir ki, şirlər artıq 26 ölkədə tamamilə yox olub.
Şirin kifayət qədər qida tapması və çoxalması üçün geniş, təbii ərazilərə ehtiyacı var. Məhz bu amil şir növünün məhv olmaq təhlükəsinin əsas səbəbidir. Tikinti işləri və əkinçilik fəaliyyəti getdikcə daha çox ərazini zəbt etdiyindən, vəhşi təbiət nümayəndələri üçün yaşayış mühiti daralır.
WWF çağırış edərək qərarvericilərdən xahiş edir ki, şirlərə kifayət qədər yaşayış sahəsi ayrılsın. Təşkilat bildirir ki, şirlərin qorunması üçün müsbət cəhətlərdən biri də odur ki, onlar uyğun şərait olduqda sürətlə çoxala bilirlər.
Töhfə Səməd
tag: WWF ,Cənubi Afrika,Şir,Təşkilat ,Təbiət,todaypress.tv,