Yeni İl menyusunda lif artırılmalıdır
Tibbi mütəxəssislər Yeni İl süfrəsində qəbizliyin qarşısını almaq üçün liflə zəngin qidaların olmasını tövsiyə edirlər.
TodayPress TV xəbər verir ki, bayram günlərində şəkərsiz meyvələr (alma, armud), sobada bişirilmiş tərəvəzlər, eləcə də yulaf və qarabaşaq kimi iri dənli sıyıqlar gündəlik rasionda yer almalıdır.
Quru meyvələrin də həzmə müsbət təsir göstərdiyi vurğulanır.
Bundan başqa, tumlu çörək bağırsaq fəaliyyətini aktivləşdirə bilər. Normal defekasiya üçün isə kifayət qədər su qəbul etmək xüsusi əhəmiyyət daşıyır.
Türkan İsgəndərli