İlk dəfə it saxlayanlar hansı cinsi seçməlidirlər?
Kinoloqlar ilk dəfə it saxlamaq istəyənlər üçün üç cinsi müəyyən ediblər.
TodayPress TV xəbər verir ki, bu cinslər həm baxım baxımından asandır, həm də insanlara qarşı mehriban və uyğunlaşa biləndirlər.
Siyahının ilk pilləsində tazılar yer alır. Onlar sakit və mehriban olduqları üçün yeni başlayanlar üçün ideal sayılır.
Eyni zamanda, ciddi qulluq tələb etmirlər, sadəcə olaraq daha çox təmiz hava və hərəkətə ehtiyac duyurlar.
İkinci yerdə pak (pug) cinsi göstərilir. Bu itlər çox mehriban və ailə ilə ünsiyyətə açıq olurlar.
Üçüncü uyğun cins isə qızıl retrieverdir.
Bu cinsin nümayəndələri zəkalı, dostcanlı və sakit xasiyyətləri ilə seçilirlər. Onlar həm ailə mühiti, həm də aktiv həyat tərzi üçün uyğun hesab olunur.
Türkan İsgəndərli
tag: İt,Ev,Heyvan,Cins,todaypress.tv,