Keniyada 2,6 milyon illik daş alətlər tapıldı

Maraqlı

17.08.2025 19:30

Keniyanın Nyayanga adlı arxeoloji ərazisində alimlər 2,6 milyon il əvvələ aid daş alətlər aşkar ediblər. Kəşf qədim insanabənzərlərin planlama qabiliyyətləri barədə mövcud təsəvvürləri dəyişir.

TodayPress TV xəbər verir ki, bu barədə “Live Science” yazıb.

Alimlərin sözlərinə görə, söhbət xırda tapıntılardan yox, 401 ədəd Olduvay mədəniyyətinə aid alətdən gedir. Onların hazırlanmasında istifadə edilən daşların çoxu həmin ərazidə mövcud deyil və təxminən 10 kilometr uzaqlıqdan gətirilib. Bu isə indiyə qədər mümkün hesab ediləndən təqribən 600 min il daha qədim dövrə təsadüf edir.

Paleontoloq Rik Potts bildirib ki, söhbət təkcə alət düzəltməkdən getmir, həm də resursların qida mənbələrinə məqsədli şəkildə daşınmasından gedir. Müqayisə üçün, müasir şimpanzelər daşları ən çox 2 kilometr məsafəyə daşıya bilirlər və bunu da mərhələli şəkildə həyata keçirirlər. Qədim insanabənzərlərin isə daha mürəkkəb idrak qabiliyyətinə malik olduğu görünür.

Maraqlıdır ki, bu alətlərin dəqiq yaradıcısı hələ müəyyən edilməyib. Tapıntılar "Homo" nümayəndələrinə aid ola biləcəyi kimi, "Paranthropus" növünün də müəllifliyi istisna edilmir. Ərazidə "Paranthropus"a aid edilən qalıqların aşkarlanması isə bu ehtimalı gücləndirir.

Qiymət Mahir

tag: Keniya,Homo,Paranthropus,Nyayanga ,Todaypress.tv,