Qlobulyar klasterlərin mənşəyi aşkarlandı
Surrey Universitetinin alimləri kainatın ən qədim və sıx ulduz sistemlərindən olan qlobulyar klasterlərin necə yarandığını ilk dəfə izah ediblər.
TodayPress TV xəbər verir ki, tədqiqat "Nature" jurnalında dərc olunub.
Qlobulyar klasterlər minlərlə və ya milyonlarla ulduzdan ibarət sistemlərdir. Onlar qalaktikaların, o cümlədən Süd Yolu qalaktikasının ətrafında dövr edirlər.
Simulyasiyalar həmçinin "qlobulyar cırtdan qalaktikaları" da üzə çıxarıb. Bu obyektlər qlobulyar klasterlərə bənzəyirlər.
Türkan İsgəndərli