Qədim canlıların izləri aşkarlandı

Maraqlı

18.07.2025 19:45

Rusiya Elmlər Akademiyasının alimləri Perm vilayətində çox qədim canlıların izlərini tapıblar. Bu canlılar yarım milyard ildən çox əvvəl, Yer üzündəki ilk çoxhüceyrəli orqanizmlər olub.

TodayPress TV xəbər verir ki, alimlər bu izləri Şirokovskoye su anbarının sahilində aşkar ediblər.

Tapıntılar qədim yumşaq bədənli heyvanların necə yaşadığını və necə qurulduğunu anlamağa kömək edir. Bu canlıların skeleti olmayıb, ona görə də onların izlərini yalnız qayalarda tapmaq mümkündür.

Ən çox "Aspidella", "Mawsonites", "Hiemalora" və "Palaeopascichnidae" adlı canlılara aid izlər aşkarlanıb. Bundan əlavə, alimlər Uralda ilk dəfə "rangeomorfların" izlərini də müəyyən ediblər.

Mütəxəssislərin fikrincə, bu tapıntılar qədim həyat haqqında yeni məlumatlar əldə etməyə imkan verəcək və daha dərin tədqiqatlara yol açacaq.

Türkan İsgəndərli

tag: Rusiya,Canlı,Çoxhüceyrəli,Heyvan,Todaypress.tv,