Günəş Sistemindən kənarda minlərlə ekzoplanet tapıldı
Maraqlı
19.09.2025 18:45
Günəş Sisteminin xaricində kəşf olunan ekzoplanetlərin sayı 6 minə çatıb.
TodayPress TV xəbər verir ki, bu barədə NASA məlumat yayıb.
Ekzoplanet kəşflərinin 1992-ci ildə bir pulsarın ətrafında iki planetin aşkarlanması ilə başladığı xatırladılıb.
1995-ci ildə isə “Kepler” və “TESS” missiyaları ilə kəşflərin sürət qazandığı qeyd edilib.
2015-ci ildə Kepler missiyasının 1000-ci ekzoplanetini təsdiqlədiyi, 2016-cı ildə isə yalnız bir il ərzində təxminən 1500 yeni kəşfin reallaşdığı bildirilib.
2022-ci ilin mart ayında bu say 5000-ə çatmış, indi isə 6000-ə yüksələrək vacib bir elmi mərhələ keçildiyi vurğulanıb.
Açıqlamalarda, həmçinin kəşf edilən ekzoplanetlərin çoxunun Günəş Sistemindəki planetlərə bənzəmədiyi bildirilib.
NASA-nın məlumatına görə, ekzoplanetlərin çoxu keçid (transit) və radial sürət üsulları ilə aşkarlanıb. Keçid üsulu bugünkü kəşflərin təxminən 4500-dən çoxunun tapılmasına səbəb olub. Radial sürət üsulu isə ulduz işığındakı titrəmələri ölçməklə 1140-dən çox ekzoplanetin varlığını ortaya çıxarıb. Birbaşa görüntüləmə üsulu isə çox çətin olduğundan, bu yolla 100-dən az ekzoplanet müşahidə olunub.
Aysel Mətləb
tag: NASA,Kepler,TESS,Ekzoplanet,Todaypress.tv,
