Toz qasırğası Yeri örtəcək
Maraqlı
08.01.2026 19:30
ABŞ-li geoloq Stefan Berns “3I/ATLAS” adlı ulduzlararası kometadan gələn elektrik toz qasırğasının 2026-cı ilin mart ayında Yeri və Yupiteri bürüyəcəyini açıqlayıb.
TodayPress TV xəbər verir ki, bu barədə "Aif.ru" məlumat yayıb.
Berns bildirib ki, obyekt öz “jetləri” vasitəsilə böyük miqdarda toz və qaz buraxıb. O qeyd edib ki, planetimiz tarixi olaraq toz kometalarının quyruqları və meteor axınları ilə qarşılaşıb.
Geoloqun sözlərinə görə, oxşar hadisə 1833-cü ildə meteorit yağışı zamanı baş verib: axının sürəti 70 km/s-ə çatmış və Yerdə təxminən 240 000 meteorit düşüb. O dövrdə insanlar bunu “sonun başlanğıcı” hesab ediblər.
Berns əlavə edib ki, planetimiz qalıq tozla qarşılıqlı təsir göstərəcək və bu, əsasən toz qasırğası şəklində özünü göstərəcək. Ən böyük təsir ulduzlararası obyektin özü, Yupiter və onun peyklərinə düşəcək.
Qeyd edək ki, “3I/ATLAS” 2025-ci ilin iyulunda kəşf edilib.
Türkan İsgəndərli
tag: Toz,Qasırğa,Yer,Yupiter,Todaypress.tv,
