Alimlər yaşamaq üçün yeni planet kəşf etdilər
Maraqlı
06.08.2025 18:15
Çin Elmlər Akademiyasının Yunnan Rəsədxanalarının rəhbərliyi ilə aparılan beynəlxalq tədqiqat qrupu Günəşə bənzər bir ulduzun yaşana bilən zonasındakı yeni bir planet aşkar edib.
TodayPress TV xəbər verir ki, bu barədə “TRT Haber” məlumat yayıb.
Bildirilib ki, "Kepler-725c" adı verilən bu planet “TTV” adlı müasir bir üsulla müəyyən olunub.
İndiyədək ekzoplanetlər əsasən 2 üsulla – tranzit metodu və ya radial sürət metodu ilə kəşf edilirdi. Lakin bu klassik üsullar, xüsusilə kiçik və uzun orbital dövrlü planetlər üçün qeyri-kafi olurdu.
Yeni kəşfdə tətbiq olunan TTV metodu, ulduz sistemindəki məlum bir planetin orbitindəki vaxt dəyişikliklərini analiz edərək, həmin sistemdə gizli qalan başqa bir planetin varlığını üzə çıxarır.
Planetin kütləsi Yer kürəsinin təxminən 10 qatıdır və bu səbəbdən o, “super Yer” kateqoriyasına aiddir. Hələlik planetin səthində su və ya həyatın olduğuna dair birbaşa sübut olmasa da, mövcud şərait bu ehtimalı tamamilə istisna etmir.
Alimlər hesab edirlər ki, bu kimi planetlərin sayı əslində çoxdur və TTV kimi yeni üsullar sayəsində onların aşkar olunması mümkün olacaq.
Aysel Mətləb
tag: Yer,Planet,Super Yer,TTV,Kepler-725c,Todaypress.tv,