Koloradoda 17 yaşlı qıza ayı hücum etdi, görün, necə xilas oldu...
ABŞ-nin Kolorado ştatında ayı yatağında yatan 17 yaşlı qızın yataq otağına girərək ona hücum edib.
TodayPress TV "ABC News" xəbər verir ki, hadisə sentyabrın 13-də səhər tezdən Duranqo şəhərində baş verib.
Ayı yarıaçıq pəncərəni itələyərək toru qoparıb və otağa daxil olub. Məktəbli heyvanın varlığından oyanaraq yorğanın altına gizlənib. Lakin yırtıcı pəncəsi ilə onun qarnına zərbə endirib və üç cızıq qoyub.
Yeniyetmə qışqırmağa başlayıb. Bundan sonra ayı pəncərədən çıxıb, lakin dərhal yenidən otağa qayıdıb. Qız yataqdan qalxaraq yüksək səslər çıxarmağa davam edib və nəticədə heyvanı otaqdan çıxarıb.
Vəhşi təbiətin mühafizəsi üzrə dairə meneceri Lyuk Klensi bildirib ki, ayı ona hücum edərkən qızın üzərində bir neçə yorğanın olması onun üçün böyük şans olub.
Qeyd edək ki, bu il Koloradoda ayıların insanlara hücumları ilə bağlı rekord sayda hadisə qeydə alınıb. Hakimiyyət orqanları bunu heyvanların qida mənbələrini tükəndirən quraqlıqla əlaqələndirirlər.
Bundan əvvəl Buryatiyada ayı bir təqaüdçünü ağaca çıxmağa məcbur edib.
Qiymət Mahir