Günəşdə partlayış baş verdi
Günəşdə güclü partlayış baş verib.
TodayPress TV xəbər verir ki, bu hadisə 2025-ci ildə qeydə alınan üçüncü ən güclü alışmadır.
Alışma Bakı vaxtı ilə gecə saat 03:50-də baş verib və beynəlxalq təsnifata görə "X1.9" səviyyəsində qiymətləndirilib.
Bu göstərici 23 fevral (X2.0) və 14 may (X2.7) tarixlərindəki alışmalardan sonra üçüncü yerdədir.
Alimlərin sözlərinə görə, partlayışın hələlik Yerə və kosmik gəmilərə heç bir mənfi təsiri olmayıb. Ağır hissəciklərin daxil olması da qeydə alınmayıb.
Türkan İsgəndərli