Hərraclarda 4 səhm paketi və 8 nəqliyyat vasitəsi özəlləşdirildi

Hərraclarda 4 səhm paketi və 8 nəqliyyat vasitəsi özəlləşdirildi
11.06.2025 18:02 İqtisadiyyat

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən iyunun 10-u və 11-də növbəti hərraclar təşkil edilib. Hərraclarda 4 səhmdar cəmiyyətinin səhm paketi və 8 nəqliyyat vasitəsi  satılıb.

TodayPress TV xəbər verir ki, Dövlət Xidməti tərəfindən keçirilən növbəti hərraclarda “Azinterservis” ASC-nin 30 faizlik səhm paketi 133.167 manata özəlləşdirilib.

Bununla yanaşı, start qiyməti 21.000 manat olan “Toyota Land Cruiser Prado” markalı avtomobil 22.500 manata, 7.800 manat olan “Toyota Avalon” markalı avtomobil isə 8.500 manata satılıb.

Hərraclarda səhm paketləri satılan səhmdar cəmiyyətlərinin və nəqliyyat vasitələrinin siyahısı ilə https://clck.ru/3MZkkp linki vasitəsilə tanış olmaq olar.

Cari ay ərzində növbəti hərraclar 18 və 24-ü tarixlərində keçiriləcək.  Hərraclarda iştirak etmək istəyənlər “www.emlak.gov.az” və “www.auksion.gov.az” internet saytlarından seçim edə bilərlər.

XƏBƏR LENTİ
31 MAY 2026
PSJ-nin qələbəsindən sonra baş verən iğtişaşlarda azı 12 nəfər yaralandı 09:46 Tramp İranla bağlı planını açıqladı: "Razılıq əldə olunmasa..." 09:42 ABŞ-yə məxsus PUA vuruldu - SEPAH 09:18 Ukrayna Rusiyanın neft infrastrukturunu vurdu - VİDEO 09:30 ABŞ bunu qəti şəkildə qəbul etmir - Trampdan açıqlama 09:15 Londonda polis muzeyə gələn ziyarətçiləri təxliyə etdi - SƏBƏB 09:11 Qara dənizdə qorxulu mənzərə: Sahil qəhvəyi rəngə boyandı 00:24 Müharibədə robotların rolu artır - ilk sınaqlar keçirildi 01:04 Təlim keçmiş it vitse-admirala hücum etdi 00:41 Livanın Baş naziri atəşkəsə çağırdı: "Yandırılmış torpaq siyasəti İsrailə təhlükəsizlik gətirməyəcək" 00:03 “Simmetrik cavab veriləcək” - Medvedev xəbərdarlıq etdi 00:59 Azərbaycanın bədii gimnastları Avropa çempionatında iştirak etdilər 00:45 Finalın ən yaxşı oyunçusunun adı AÇIQLANDI 00:26 Kiyevdə gün ərzində ikinci dəfə hava həyəcanı siqnalı 00:33 Rostovda PUA hücumu: Neft bazasında yanğın baş verdi - VİDEO 00:55 Gözlənilməz qərar: UEFA "Turan Tovuz"u Konfrans Liqasından kənarlaşdırdı 00:50 Gəncə - Sankt-Peterburq uçuşları bərpa edildi 00:36 PSJ-nin Parisdəki azarkeşləri qələbəni bu cür "qeyd edirlər" - VİDEO 00:17 Nigeriyada vəba sürətlə yayılır: 3 mindən çox yoluxma var 23:46 Masazırın bir hissəsində işıq olmayacaq 23:15 Azərbaycan millisi atletika üzrə Avropa çempionatında uğurlu çıxış etdi 23:10 ABŞ və İran arasındakı gizli memorandumun DETALLARI məlum oldu 22:59 PSJ ikinci dəfə Çempionlar Liqasının qalibi oldu 20:07 Cozef Qomes “Liverpul”dan ayrılmayacaq 22:44 İsrail ordusu "Hizbullah"ın intensiv zərbələrinə hazırlaşır 22:18 Bütün Xəbərlər