Zədə oyunu dayandırdı: Sinner ikinci turda
Dünyanın ikinci raketkası olan italiyalı tennisçi Yannik Sinner “Australian Open-2026” turnirinin ikinci turuna vəsiqə qazanıb.
TodayPress TV xəbər verir ki, Sinnerin rəqibi, fransalı Hüqo Qaston qarşılaşmanı davam etdirə bilməyib.
Görüş italiyalı tennisçinin xeyrinə 6:2, 6:1 hesabı ilə başa çatıb. Qaston matç zamanı zədə alıb. Sinner isə ehtiyat oyunçular skamyasında göz yaşlarını saxlaya bilməyən rəqibini dəstəkləyib.
Qeyd edək ki, görüş 1 saat 10 dəqiqə davam edib. Bu müddət ərzində Yannik Sinner 7 breyk-poyntdan 4-ü reallaşdırıb və 6 eys edib. O, ikiqat səhvə yol verməyib. Qaston da ikiqat səhv etməsə də, 3 breyk-poyntdan yararlana bilməyib.
Namiq HUN