Yayın əsas bombası: “Barselona” Alvaresi istəyir
İdman
20.01.2026 11:32
“Barselona” klubu Madrid “Atletiko”sunun hücumçusu Xulian Alvaresi 2026-cı ilin yay transfer pəncərəsi üçün əsas hədəf seçib.
TodayPress TV xəbər verir ki, bu barədə "Sport.es" nəşri məlumat yayıb.
Bildirilir ki, kataloniyalılar argentinalı forvardı qarşıdakı yay transfer dövründə heyətinə qatmaq üçün mümkün olan hər şeyi edəcək. Lakin “Barselona” bu transferi yalnız İspaniya La Liqasının maliyyə feyr-pley qaydalarına əməl edildiyi halda reallaşdıra biləcək.
Klubda Alvaresin oyun üslubunu digər cənubi amerikalı hücumçu Luis Suareslə müqayisə edirlər və onun transferi üçün 82 milyon avro ödəməyə hazırdırlar.
Qeyd edək ki, cari mövsümdə Xulian Alvares bütün turnirlərdə “Atletiko”nun heyətində 27 oyuna çıxıb, 11 qol vurub və 5 məhsuldar ötürmə edib. Transfermarkt portalında futbolçunun transfer dəyəri 100 milyon avro olaraq qiymətləndirilir.
Namiq HUN
tag: Barselona,Atletiko,Xulian Alvare,Transfer,Todaypress.tv,
