Yannik Sinner tarix yazdı

Yannik Sinner tarix yazdı
15.08.2025 11:33 İdman

Tennis üzrə dördqat “Böyük Dəbilqə” turnirinin qalibi, dünya reytinqinin birincisi Yannik Sinner hard kortlarda 25 ardıcıl qələbə qazanan ən gənc tennisçi olub.

TodayPress TV xəbər verir ki, bu göstəriciyə son dəfə serbiyalı Novak Djokoviç imza atıb.

Sinner ABŞ-nin Sinsinati şəhərində keçirilən “Masters” turnirində kanadalı Feliks Oje-Allyasimi (6:0, 6:2) məğlub edərək bu uğura nail olub. İtaliyalı tennisçi bunu 23 yaş 356 günlüyündə bacarıb. Djokoviç isə 2011-ci ildə bu nəticəyə 23 yaş 306 günlük ikən imza atmışdı.

Namiq HUN

XƏBƏR LENTİ
15 IYUL 2026
Bütün Xəbərlər