Vinsent Abubakarın “Neftçi”dən sonrakı ünvanı bəlli oldu

Vinsent Abubakarın “Neftçi”dən sonrakı ünvanı bəlli oldu
29.08.2026 03:10 İdman

Azərbaycanın “Neftçi” futbol komandasının sabiq hücumçusu Vinsent Abubakar Türkiyəyə qayıdıb.

TodayPress TV xəbər verir ki, 34 yaşlı kamerunlu forvard Türkiyənin 1-ci Liqasında çıxış edən “Bodrum FK” ilə müqavilə imzalayıb.

Abubakar ötən mövsüm “Neftçi”nin formasını geyinib. Mövsümün sonunda Bakı klubu ilə yollarını ayıran hücumçu daha sonra komandadan göndərilib.

Karyerası ərzində “Beşiktaş”, “Porto”, “Monako”, “Marsel”, “Loryan”, “Əl-Nəsr” və digər klublarda çıxış edən Abubakar Türkiyədə daha əvvəl “Beşiktaş” və “Hatayspor”un formasını geyinib.

XƏBƏR LENTİ
29 AVQUST 2026
Bütün Xəbərlər