Vinisiusun qış transferi real deyil: klub sərt addım atdı

İdman

20.01.2026 14:21

Madrid “Real”ına Vinisius Juniorun transferi üçün 200 milyon funt sterlinq (təxminən 230 milyon avro) təklif edilib. 

TodayPress TV xəbər verir ki, bu barədə "Indykaila News" "X" sosial şəbəkəsinə istinadən məlumat yayıb.

Mənbənin bildirdiyinə görə, təklif Səudiyyə Ərəbistanının klubundan gəlib. “Kral klubu” qarşı tərəfə bildirib ki, Vinisius 2026-cı ilin qış transfer pəncərəsində satılmayacaq.

Qeyd edək ki, 25 yaşlı braziliyalı futbolçu 2018-ci ildən “Real”da çıxış edir. O, cari mövsümdə bütün turnirlərdə 29 oyun keçirib, 6 qol vurub və 8 məhsuldar ötürmə edib. Vinisiusun “Real”la müqaviləsi 2027-ci ilin iyununa qədərdir. Transfermarkt portalında futbolçunun bazar dəyəri 150 milyon avro qiymətləndirilir.

Namiq HUN

tag: Madrid ,Vinisius Junior,Səudiyyə Ərəbistanı,Real,Todaypress.tv,