Tennis ulduzu Karlos Alkaras fərdi favorit futbolçularını seçdi
Yeddiqat Böyük Dəbilqə qalibi və dünyanın bir nömrəli tennisçisi Karlos Alkaras sevimli futbolçularını açıqlayıb.
TodayPress TV xəbər verir ki, o, bu açıqlamaları “BB Tennis” vasitəsilə sosial şəbəkə X-də paylaşıb.
Alkaras sürətli sorğuda hər ölkə üçün ən sevdiyi futbolçunu seçib:
İspaniya – “Çoxdurlar, heç birini xüsusi seçə bilmirəm”.
Almaniya – “Yenə çoxdur, birini seçmək çətindir”.
Argentina – Lionel Messi
İtaliya – Canluici Buffon
Portuqaliya – Kriştianu Ronaldo
İngiltərə – Cud Bellingem
Braziliya – Neymar, Vinisius, Ronaldo, Ronaldinyo
Fransa – Zinəddin Zidan
Namiq HUN