“Tata Steel Challengers”: Şahmatçımız Niderlandda liderlər qrupundadır
İdman
19.01.2026 15:09
Azərbaycanlı beynəlxalq qrossmeyster Aydın Süleymanlı Niderlandın Veyk-an-Zee şəhərində keçirilən “Tata Steel Challengers” turnirində uğurla çıxş edir.
TodayPress TV xəbər verir ki, şahmatçımız ilk turda yerli Ervin L’Amiyə qalib gəlib.
İkinci turda isə Süleymanlı Qazaxıstan şahmatçısı Bibisara Assaubayeva ilə xal bölgüsünə razılaşıb.
İki turun sonra hesabında 1,5 xal olan Aydın əlavə göstəricilər üzrə üçüncü yerdədir. Turnirin lideri isə 2 xal toplayan Çin təmsilçisi Lu Myaodur.
Qeyd edək ki, “Tata Steel Challengers” turnirinin qalibi Veyk-an-Zeedə keçiriləcək əsas “Tata Steel Masters” turnirində iştirak hüququ qazanacaq.
Xatırladaq ki, ötən il Aydın Süleymanlı “Challengers” turnirində əlavə göstəricilərə görə ikinci yeri tutsa da, əsas turnirə vəsiqə əldə edə bilməmişdi.
Namiq HUN
tag: Aydın Süleymanlı,Tata Steel Challengers,Turnir,Çıxış,Todaypress.tv,
