Tarixi an: “Roma”nın ulduzu İtaliya futboluna damğa vurdu

İdman

19.01.2026 11:03

“Roma” klubunun hücumçusu Paulo Dibala A Seriyasının tarixində son 20 ilin ən məhsuldar əcnəbi futbolçusu olub. 

TodayPress TV xəbər verir ki, argentinalı futbolçu 2006/2007 mövsümündən etibarən İtaliya çempionatında 200-dən az olmayan məhsuldar göstəriciyə imza atan ilk legioner kimi tarixə düşüb. 

Forvardın hesabında 131 qol və 69 məhsuldar ötürmə var.

A Seriyasının XXI turunda “Torino”ya qarşı keçirilən və “Roma”nın 2:0 hesablı qələbəsi ilə başa çatan oyunda Dibala bir qol vurub və bir məhsuldar ötürmə edib. 

Qeyd edək ki, Paulo Dibala 2022-ci ilin yayında “Yuventus”la müqaviləsi başa çatdıqdan sonra azad agent kimi “Roma” klubuna keçib. O, son 20 ildə A Seriyasında 200 məhsuldar göstərici həddini aşan ilk əcnəbi futbolçudur.

Namiq HUN

TodayPress TV

tag: Paulo Dibala,Roma,Futbol,Klub,Todaypress.tv,