Super Liqada erkən ayrılıq
“Qaziantep” klubu baş məşqçi İsmet Taşdemirlə yollarını ayırıb.
TodayPress TV xəbər verir ki, bu barədə Qaziantep təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
Türkiyə çempionatında mövsümün ilk baş məşqçi istefası qarşılıqlı razılıq əsasında baş tutub. 51 yaşlı mütəxəssislə erkən ayrılığa səbəb “Qaziantep”in Super Liqanın startında “Qalatasaray”a, növbəti turda isə “Konyaspor”a 0:3 hesabı ilə uduzması olub.
Namiq HUN