“Strasburq”dan qeyri-adi yaş rekordu

“Strasburq”dan qeyri-adi yaş rekordu
19.08.2025 09:51 İdman

Fransa Liqa 1-in ilk turunda “Strasburq” klubunun heyətində meydana çıxan bütün start oyunçuları XXI əsrdə dünyaya gələn futbolçular olub. 

TodayPress TV xəbər verir ki, bu barədə “Derechadiario” məlumat yayıb.

“Strasburq” Avropanın aparıcı liqaları arasında yalnız 2000-ci ildən sonra doğulmuş oyunçulardan ibarət start heyətini meydana buraxan ilk komanda kimi tarixə düşüb.

Komandanın orta yaşı 21-dir. Əksər futbolçular 18-23 yaş aralığındadır. 

Baş məşqçi Liam Rosenyorun gənclərə güvəni “Mets” üzərində (1:0) qələbə ilə nəticələnib.

Namiq HUN

XƏBƏR LENTİ
15 IYUL 2026
Bütün Xəbərlər