Sobolenko tennis tarixində nadir uğura imza atdı
İdman
10.10.2025 11:41
Dördqat “Böyük Dəbilqə” qalibi və hazırda dünyanın bir nömrəli tennisçisi olan belarus Arina Sobolenko 1990-cı ildən bəri WTA turnirlərində ilk 20 matçını qalib başa vuran dördüncü tennisçi olub.
TodayPress TV xəbər verir ki, Sobolenko ardıcıl 20-ci qələbəsini Uxan şəhərində keçirilən “minlik” (WTA 1000) turnirində qazanıb.
O, 1/4 finalda Qazaxıstan təmsilçisi Yelena Rıbakinanı 6:3, 6:3 hesabı ilə məğlub edib.
Xatırladaq ki, bu göstəriciyə görə lider amerikalı Monika Seleşdir. O, “Australian Open”də debütündən sonra 33 ardıcıl qələbə qazanıb. Almaniyalı Şteffi Qraf 25 qələbə ilə ikinci yerdə, danimarkalı Karolina Voznyatski isə Sobolenko kimi 20 qələbə ilə üçüncü yerdə qərarlaşıb.
Qeyd edək ki, Arina Sobolenko Uxandakı “minlik” turnirinin finalına vəsiqə uğrunda amerikalı tennisçi Cessika Pequla ilə qarşılaşacaq.
Namiq HUN
tag: Arina Sobolenko,Tennis,Reytinq,Rekord,Todaypress.tv,
